"Qarabağ"dan "Atletiko" və "Kopenhagen"ə mesaj : "Ümid edirik ki, bizi unutmamısız" FOTO

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin ilk görüşləri keçiriləcək.

Newsport.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli turnirində baş tutacaq azərbaycanlı azarkeşlər üçün maraqlı qarşılaşma “Kopenhagen”lə “Atletiko”nun qarşılaşması olacaq. 

Belə ki, hər iki komanda məhz Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”la qarşılaşıb. Danimarka klubu pley-off mərhələsində Ağdam təmsilçisinə uduzubsa, “Atletiko” ağdamlılarla matçda itirilən xallara görə qitənin ən nüfuzlu klub turnirindən kənarda qalaraq Avroliqaya yuvarlanıb. 

Tərəflər arasında bu gün baş tutacaq oyun öncəsi “Qarabağ”ın rəsmi sosial şəbəkə hesabları qarşılaşma haqqında paylaşım edib. “Köhnə dostlar”a uğurlar arzu edən ağdamlıların səhifəsi onlara söz atmağı da unutmayıb: “Köhnə dostlar, sizə uğurlar arzu edirik. Ümid edirik ki, bizi unutmamısız”.

 

Görüntünün olası içeriği: 2 kişi, spor yapan insanlar





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right