Millimizin sabiq üzvü Monteneqro klubunda

Gənclərdən ibarət yığma komandamızın sabiq futbolçusu Tural Hümbətov Makedoniyanın "Pobeda" klubundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, mərkəz müdafiəçisi yeni klubla anlaşdığı üçün "Pobeda"nın sıralarını tərk edib.

24 yaşlı futbolçu karyerasını Monteneqroda davam etdirəcək. O, ölkənin yüksək liqasında mübarizə aparan "Deçiç" klubu ilə münasibətlərini rəsmiləşdirib. Həmin klubda Hümbətovla AZAL-da komanda yoldaşı olmuş modovalı qapıçı Stanislav Namaşko da çıxış edir. 

Qeyd edək ki, Rusiyanın "Zenit" klubunun yetirməsi olan Hümbətov karyerası ərzində "Nistru", "Araz-Naxçıvan", "İnter" və AZAL kimi komandalarda çıxış edib.

Futbol11.az 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right