“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən məşqləri bərpa edib. 

Newsport.az-ın məlumatına görə, komandaz baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. 

Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. 

Qeyd edək ki, “Sumqayıt” - “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right