Dario Frederiko "Kəpəz"də ilk seçimini etdi

"Kəpəz" yeni transferi Dario Frederikonu PFL-ə sifariş edib.

 

Newsport.az xəbər verir ki, braziliyalı vinger Gəncə klubunun iştirak ərizəsinə daxil edilib. O, Topaz Premyer Liqasının 16-cı turunda "Keşlə"yə qarşı ev oyununda meydanda çıxa biləcək.

 

26 yaşlı futbolçu "sarı-göylər"də 91 nömrəli forma altında çıxış edəcək. Dario 2015/2017-ci illərdə "Kəpəz"də çıxış edərkə 10 nömrəli formada top qovurdu. 10 nömrəli forma altında isə Tural Rzayev çıxış edir.

 

Qeyd edək ki, "Kəpəz" Frederikonu Cənubi Koreyanın "Seongam" klubundan heyətinə qatıb. Transfer vərəqəsi gecikdiyinə görə, Dario "Neftçi" ilə matçı qaçırmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right