U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

«Bakcell U-17 Liqası»nda 20-ci turun oyunları keçirilib. Turun mərkəzi qarşılaşması hesab edilən «Səbail» - «Neftçi» matçı bərabərliklə başa çatdı. Daha bir heç-heçə «Neftçi» İK İB – «Zirə» oyununda qeydə alındı. «Qəbələ» gözlənilmədən evdə «Sumqayıt»ın müqavimətini qıra bilmədi. Gözlənildiyi kimi «Qarabağ», «Kəpəz» və «Keşlə» bu tur nisbətən zəif rəqiblərlə mübarizədə qalib ayrıldı: «Kəpəz» - «Xəzər Lənkəran» 1:0, «Səbail» - «Neftçi» 2:2, «Keşlə» - «Ağsu» 8:1, «Neftçi» İK İB – «Zirə» 1:1, «Mil Muğan» - «Qarabağ» 0:6, «Qəbələ» - «Sumqayıt» 2:2

U-17 Liqasında 21-ci turun oyunları fevralın 19-da keçiriləcək: «Qəbələ» - «Kəpəz», «Sumqayıt» - «Mil Muğan», «Qarabağ» - «Neftçi» İK İB, «Zirə» - «Keşlə», «Ağsu» - «Səbail», «Neftçi» - «Xəzər Lənkəran».

Bombardirər: Nicat Musayev («Neftçi»)-20 qol, Xəyal Bədirov («Səbail»)-15 qol, Bayram Vəliyev («Səbail») – 14 qol.

«Het-trik news» 

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right