"Keşlə"nin legioner futbolçusunun xanımı "Məni şam yeməyinə dəvət edirlər"

Xəbər verdiyimiz kimi, “Keşlə”nin legioner futbolçusu Denis Silva Kruz şəxsi feysbuk hesabında bəzi azarkeşlərin onun ailəsini təhqir etməsindən şikayətlənmişdi.

Newsport.az saytı xəbər verir ki, bununla bağlı futbolçunun xanımı Luana Rinaldi “Qafqazinfo”ya açıqlama verib. Rinaldi azarkeşlərin ona təhqir dolu mesajlar yazdığını və onu şam yeməyinə dəvət etdiyini bildirib:

“Bəzi azarkeşlər mənə mesaj yazırlar. Tanımadığım insanlara cavab vermirəm. Bilmirəm kimdirlər. Çox pis sözlər yazırlar. Cavab verməyəndə də təhqir edirlər. Əgər cavab vermirəmsə, mənə hörmət etməlidirlər. Amma söyüş yazırlar. Bəzən isə inboxa yazırlar ki, biz səninlə birlikdə şam yeməyi yeyə bilərik. Belə şeylər nəyə lazımdır axı? Hətta bir neçəsi yazır ki, evdə görüşə bilərik. Belə şeyləri niyə edirlər bilmirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right