15-ci turun oyunlarını nə qədər azarkeş izləyib? Fotolar

Dünən Azərbaycan Premyer Liqasında 15-ci turun oyunlarına yekun vurulub.

 

Newsport.az xəbər verir ki, bu turun oyunlarını stadiondan izləmiş azarkeş sayı da bəllidir. Belə ki, ən çox azarkeş “Neftçi” - “Kəpəz” oyununda (1:0) qeydə alınıb. 8-ci km stadionunda keçirilmiş qarşılaşmanı 2000 tamaşaçı trubunalardan izləyib.

 

Turun antirekordu isə Zirədə reallaşıb. Cəmi 500 tamaşaçı “Zirə” və “Sumqayıt”ın qollu heç-heçəsinin (1:1) canlı şahidi olub.

 

Maraqlıdı ki, həftənin mərkəzi görüşü olan “Qarabağ” - “Qəbələ” oyunu (0:0) gözləniləndən daha az azarkeşin diqqətini cəlb edib. “Azərsun Arena”da keçirilən oyunu cəmi 1500 tamaşaçı tribunalardan izləyib.

 

“İnter Arena”da baş tutmuş “Keşlə” - “Səbail” matçında (1:1) da bu qədər (1500) azarkeş qeydə alınıb.

 

Ümumilikdə, yeni ilin ilk turunu cəmi 5500 azarkeş canlı izləyib ki, bu da, hər oyuna orta hesabla 1375 tamaşaçı deməkdi.

 

No automatic alt text available.Image may contain: 2 people, people smiling, outdoorImage may contain: one or more people and stadiumImage may contain: 2 peopleImage may contain: one or more people





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right