Sülhsevərliyi ilə yadda qalan tur

Azərbaycan Premyer Liqasının XV turunda keçirilən 4 oyundan üçü heç-heçə nəticələnib.

Newsport.az xəbər verir ki, "Zirə” – “Sumqayıt” və “Keşlə” – “Səbail” matçlarında komandalar hərəyə 1 top vurubsa, “Qarabağ” – “Qəbələ” görüşü qolsuz başa çatıb. Eyni turda 3 heç-heçənin qeydə alınmasına cari mövsümdə ilk dəfə təsadüf olunur. Belə ki, ilk yarının 14 turunda belə sülhsevərlik qeydə alınmamışdı. 3 və ya daha çox oyunun bərabərliklə nəticələndiyi son tur 2016/17 mövsümündə yaşanıb. 2016-cı il oktyabrın 23-25-də baş tutan IX turun 4 qarşılaşmasından 1-də qonaqlar qələbə qazanıbsa, 3-də heç-heçə qeydə alınıb. Növbəti sülhsevər tur 16 aydan sonraya təsadüf edib.

Qeyd edək ki, XV turda yalnız “Neftçi” – “Kəpəz” matçında qalib müəyyənləşib. Bu görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right