Qurban Qurbanov milli üzvlərini əvəzedici heyətə göndərdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandanın 2 üzvünü əvəzedici heyətə göndərib.

Newsport.az-ın məlumatına görə, klubun əsas heyətinə düşməkdə çətinlik çəkən Ağabala Ramazanov və Ramil Şeydayev bu gün əvəzedici heyətlərin yarışında “Qəbələ”yə qarşı oynayıblar.

"Qarabağ"ın 5:3 hesablı qələbəsi ilə yekunlaşan matçda Şeydayev 1, Ramazanov isə 2 dəfə fərqlənib. Ağdam klubundan digər qolları Salman Cəfərov və Famil Camalov, "Qəbələ"dən isə Kamran Quliyev və Elvin Məmmədov (2 dəfə) vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right