"Neftçi"nin yeni transferi: “Karyeram ərzində 1-8 hesabılı məğlubiyyət almamışam" Müsahibə

“Mənə elə gəlir ki, bu,uzun yolun başlanğıcıdır. İnanıram ki, qarşıdakı oyunlarda istədiyimizi daha da yaxşı yerinə yetirə biləcəyik".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi" "Kəpəz" görüşündən sonra, ev sahiblərinin yeni transferi Fransisko Qarsiya jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-Meydanda demək olar ki, ən yaxşılardan biri də siz idiniz. Hazırlıq prosesini tez keçmisiniz, ya, necə?

-Mənim yaxşı oynamağıma ilk növbədə, komanda da olan birlik və məşqçinin mənə göstərdiyi etimad səbəb oldu.

-Bildirdiniz ki, bu, uzun yolun başlanğıcıdır. Bəs bu yolun sonunda hansı nəticəyə ümid edirsiniz?

-Məşqçinin verdiyi bütün tapşırıqlara əməl etsək, yaxşı nəticələrimizin olacağına ümid edirəm.

-Antalya toplanışı çərçivəsində, yoxlama görüşü olsa belə, 1-8 hesabı ilə məğlub oldunuz. Karyeranız boyunca  bu hesabla məğlub olmuşdunuzmu? Yoxsa, bu, bir ilk idi?

-Xeyr, karyeram ərzində 1-8 hesabılı məğlubiyyət almamışam.  Lakin bu, futboldur və ancaq irəliyə baxmaq lazımdır.

-Azərbaycan Çempionatından nə gözləyirdiniz və gözlədiyinizi gördünüzmü?

-Gözlədiyimdən daha da keyfiyyətli futbol gördüm burada. Çünki, komandalar hamısı liderlik üçün mübarizə aparır.

-Artıq çəkidən əziyyət çəkən hücumçuya top ötürmək sizə çətinliklər yaşatdımı?

-Mənim işim hücumçuları topla təmin etməkdir. Mən də bunu etdim və heç bir çətinlik görmədim.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right