Vüqar Nadirov: " Hazırlıq matçları ilə rəsmi görüşlərin fərqi var"

"Yeni taktiki sxemlə oynadıq. Normal alındı. Qış fasiləsindən sonra ilk oyun idi. Heç kim risk etmək istəmirdi. Heyfslənirəm ki, o cür şanslar qazandım, amma fərqlənə bilmədim. Gələn oyunlarda alınar".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 15-ci turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. Təcrübəli futbolçu yeni taktikaya öyrəşmək üçün zamana ehtiyac duyduqlarını bildirib:

 

"Təzə oyunçular da gəlib. Uyğunlaşmağa vaxt lazımdı. "Səbail" bir daha göstərdi ki, heç bir rəqibdən aşağı səviyyədə oynayan komanda deyil və gəlib 4-5 qol vursunlar. Çalışacağıq ki, belə davam edək. Bu taktikada Samir müəllimin tapşırıqlarını etməyə çalışırdıq. Yoxlama görüşlərində tətbiq etmişdik. Lakin hazırlıq matçları ilə rəsmi görüşlərin fərqi var. "Keşlə"ni əks-hücumlarda yaxalayırdıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right