Samir Əliyev: "Qarşımıza məqsəd qoyulub ki..."

“Oyundan sonra klubun rəhbərliyi soyunub-geyinmə otağına daxil oldu, bizə dəstək verdi”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Keşlə”nin qonağı olub. Qarşılaşma bərabərliklə başa çatlb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Bu gün yeni sistem ilə meydana çıxmışdıq. Düzdü, istədiyimiz vəziyyətdə deyilik. İnanıram ki, oyundan-oyuna hər şey yoluna düşəcək”.

- Vüqar Nadirov bir neçə real qol şansını qaçırınca, onu əvəzlədiniz. Dəyişiklik bununla bağlı idi?

- Xeyr. Əvvəlcədən bunu planlaşdırmışdıq. Nurlanı da, yeni gələn hücumçunu da oynatmaq istədik.

- Kərim Diniyev yeni mövqedə özünü doğrultdu?

- Kərimlə əvvəldən bu barədə söhbət etmişdik. Özünü bu mövqedə rahat hiss etdiyini dedi. Bu gün ümumiyyətlə, bütün futbolçulardan razı qaldım. Qarşımıza məqsəd qoyulub ki, kollektivi formalaşdıraq. Nəticə vacibdi, ancaq ən əsası oyunumuzu yaxşılaşdırmaqdı. Rəqibimiz də yeni oyunçular alıb, intizamlı futbol oynadı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right