Vaqif Cavadov: Azərbaycan Çempionatı eçen darıxmışdım" Müsahibə

"Maraqlıdır, ötən gün keçirilən oyunlar da bərabərlik qeydə alınmışdı. Bizim görüşdə də "sülh" qeydə alındı. İlk oyunlar hər zaman gərginliyilə yadda qalır. Bizim qarşılaşma da belə oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Gələn oyunda daha yaxşı çıxış etməyə çalışacağıq".
 
Newsport.az saytı xəbər verir ki, bu sözləri "Keşlə"nin yeni transfer Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib. 
 
-Nə dərəcədə özünü hazır sayırsan oyunlara?
 
 -Məşqlərimiz edirik. Baş məşqçi qərar verir və hər kəsə diqqət yetirir. Sadəcə, bu gün belə qərar verildi və mən oyuna sonradan daxil oldum. Mən tam hazıram və problem yoxdur. Əsas komandamızın uğur qazanmasıdır.
 
Uzun fasilədən sonra yenidən meydana çıxdın. Darıxmamışdın Azərbaycan Çempionatı üçün?
 
- Bəli, Darıxmışdım. Hələ oyunlarımız qabaqdadır. İnşallah, yaxşı olacaq.
 
-Oyuna sonradan daxil oldunuz, bu fiziki durumla bağlı ola bilərmi?
 
-"Xeyr, bunun heç bir aidiyyatı yoxdur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right