"Keşlə" "Səbail" matçında sülh, "Neftçi" "Kəpəz"ə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada 15-ci tura yekun vurulacaq. 

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək. 

Günün ilk oyununda "Keşlə" öz meydanında "Səbail"i qəbul edəcək. Yeni baş məşqçi ilə meydana çıxacaq yenilənmiş "Keşlə"nin çıxışı maraqla gözlənilir. Transfer qadağası aradan qalxan paytaxt klubu fasilədə heyətini gücləndirib. 

Tura "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq. Qış fasiləsində Antalyada keçirdiyi bütün oyunlarda uduzan "ağ-qaralar"ın çempionatda hansı nəticəyə imza atacağı maraqla gözlənilir.  

11 fevral (bazar)

Azərbaycan Premyer Liqa, 15-ci tur

15:00. "Keşlə” – "Səbail” 1-1

Qollar: Fəhmin Muradbəyli 34, Pərdis Pərcad Azad 55,
Hakimlər
: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
"İnter Arena”

17:30. "Neftçi” – "Kəpəz” 1-0

Qollar: Mirabdulla Abbasov 86
Hakimlər
: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
"Bakcell Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right