Qapıçılar üçün növbəti seminar

"Vətən" futbol məktəbində, qapıçılar üzrə baş məşqçi Xəyal Zeynalovun rəhbərliyi altında bütün yaş qrupları üzrə yığma komandaların qapıçıları üçün növbəti seminar təşkil edilib.

Newsport.az-ın məlumatına görə, seminarda qapıçılara bəzi texniki fənnlər nəzəri olaraq izah edilib, vizual vasitələrin köməyi ilə müəyyən məqamlarda qapıçının psixoloji davranışı barədə videolar izlətdirilib, tövsiyyələr verilib.

Xatırladaq ki, "Vətən" futbol məktəbində qapıçılar üçün seminarlar mütamadi olaraq keçirilir.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right