Qurbanov: "Tələblərimizi yerinə yetirə bilmədiyi üçün komandadan uzaqlaşdırdıq"

“Maraqlı oyun alındı. Hər iki komanda yaxşı futbol sərgilədi”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Azərbaycan Premyer Liqasının XV turunda öz meydanında “Qəbələ”ni qəbul edib. Turun mərkəzi görüşü qolsuz heç-heçə ilə başa çatıb.

Matçdan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Futbolçularımdan razı qaldım, düşünülmüş hücumlar qurdular. Bu oyunda sadəcə, qol çatışmadı. Düşünürəm ki, çempionatın ikinci hissəsi dah çətin olacaq və buna hazır olmalıyıq”.

- Ramil Şeydayev bu gün ehtiyatda idi. Onun “Qarabağ”da güclənməsi üçün nə çatışmır?

- Ramil öz üzərində çox çalışan futbolçudu. Onu yaddan çıxarmırıq. Sadəcə, oyunların gedişatı bunu tələb edir. Bəzi futbolçulara bəzən özünü toparlamaq üçün vaxt lazım olur. Daima çalışırıq, onun üzərinə vaxt ayırırıq. Ramilə inanıram, potensialı, istəyi var. Amma niyə alınmır, buna tam cavab verə bilməyəcəm.  

- Final fitindən sonra azarkeşlərə yaxınlaşıb nə dediniz? Sanki mübahisə edirdiniz...

- Azarkeşlərin hər birinə hörmət edirəm. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

- “Qarabağ” qış transfer dönəmində heyətini gücləndirmədi. Bu, çempionluğa oynayan komanda üçün problem yaratmayacaq?

- Əlimizdə yaxşı oyunçular var. Bu gün əsas heyətimizdən 3 oyunçu zədəyə görə oynamırdı. Onlar olsa idi, heyətimiz daha geniş olacaqdı. İki transfer etməyi çox istəyirdik, amma son anda razılıq əldə eə bilmədik. İndiki heyətimiz çox istəklidi, hamı öz işini bilir. Düşünürəm ki, bu kollektivlə çempion ola bilərik.

- Millinin baş məşqçisi kimi bu oyunun sürətindən razı qaldınız?

- Bəli. İlk oyun olmasına baxmayaraq, bu gün hər iki komanda çox yaxşı oynadı. Düzü, mənim istədiyimdən yaxşı oyun alındı.

- Köməkçiniz Namiq Yusifov komandadan uzaqlaşdırılıb. Bunun səbəbi nədir?

- Dəfələrlə komandamızda belə hallar olub. Namiq Yusiov tələblərimi yerinə yetirə bilmirdi. Onun getməsi təkcə bu gün üçün deyildi. Sadəcə, bizim iş prinsiplərimizə uyğun olmadı. Ümumilikdə, dəyişikliklərin olması normaldı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right