“Qarabağ”la oyunun əhəmiyyətini o qədər böyütməzdim” - Qriqorçuk

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun  müsahibəsi

- Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”la üz-üzə gələcəksiniz. Fasilədən sonra bu qədər ağır oyuna hazırsınız?

- Düşünürəm ki, meydançaya çıxa biləcəyik (gülür). Sonrasına da sonra baxarıq.

- Bu matçı “mövsümün oyunu” adlandırmaq olar?

- Turnir cədvəli baxımından çox vacib oyundur. Amma “mövsümün oyunu” adlandırmaq olmaz. Çünki qarşıda 13 matçımız da olacaq və bu, 39 xal edir. Ona görə də “Qarabağ”la oyunun əhəmiyyətini o qədər böyütməzdim. Amma önəmlidir.

- Qış fasiləsində komandanızdan Endi Hallidey, Deyv Bulthuis, Ekiqo Ehiosun, Tellur Mütəllimov  kimi oyunçular getsə də, yeni transfer olmadı...

- Bizim oyunçulara ehtiyacımız hər zaman var. Bir hücumameyilli futbolçu almaq istəyərdim. Onun üçün əlimizdən gələni edirik. Əgər alınmasa, yaxşı hal sayılmayacaq.

- Antalyada keçirdiyiniz sonuncu oyunda Makedoniya “Şekndiya”sına uduzduqdan sonra futbolçularınızdan narazılıq etmişdiniz. Onlarla nə danışdınız?

- Mən çox şeydən narazı ola bilərəm. Amma bu hər zaman müzakirə mövzusu deyil. Təlim-məşq toplanışında olur belə şeylər. Hər şeyə diqqət yetiririk və analiz edirik. Amma bu barədə ətraflı danışmaq fikrində deyiləm. Daha çox rəsmi oyunları analiz etməyi sevirəm.

- Cavid Hüseynovun nə problemi var?

- İstənilən oyunçu bizə lazımdır. Cavid xəstələnib və buna üzülürük.

- "Qarabağ”la aranızda 6 xallıq fərq var və səfərdə əldə edəcəyiniz xallar böyük əhəmiyyət daşıyır. Sizcə, matçın taleyini nə həll edə bilər?

- Sadəcə olaraq, güclü olmaq lazımdır. Bu, bəsit bir məqamdır: güclü olan qalib gələcək.

qafqazinfo.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz