“Sumqayıt” “Zirə” ilə oyunun hazırlığına start verdi

Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” Futbol Klubu hazırlıqları bərpa edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. 

Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Zirə” - “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək olan qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right