"Qəbələ"nin futbolçuları hakimlərlə görüşdü

"Qəbələ" 2017/18 mövsümünün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Gloria" oteldə məskunlaşan komanda toplanışın son günlərini də aktiv proqramla keçirir. Ötən gün komandanın yerləşdiyi otelə gələn azərbaycanlı hakimlər - İnqilab Məmmədov və Mübariz Haşımov məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Hakimlər futbol qaydalarına edilən son dəyişikliklərdən danışıb, futbolçulara ətraflı məlumat veriblər. Oyundankənar vəziyyət, cərimə zərbələri, penalti və simulyasiya hərəkətləri ilə bağlı qaydalarda edilən dəyişikliklər videosüjetlərlə ətraflı izah edilib. Sonda komandanın baş məşqçisi Roman Qriqorçuk qonaqlara təşəkkür edib, qarşıdakı çempionat oyunlarının idarəçiliyində uğurlar diləyib.








Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right