"Neftçi"nin "Konkordiya"ya məğlubiyyəti

Antalyada hazırlığını davam etdirən “Neftçi” ötən  gün Türkiyədəki təlim-məşq prosesi çərçivəsində daha iki yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi öncə Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gəlib. Rumıniya klubu 52-ci dəqiqədə "Neftçi"nin qapısına yol tapıb. Bu, matçda yeganə qol olub və təmsilçimiz 0:1 hesabıyla yenilib.  

"Neftçi" günün ikinci sınaq matçında Bolqarıstanın "Slaviya” komandası ilə də görüşüb. "Ağ-qaralar" bu matçdan da yenilgi ilə ayrılıb - 0:1.

Qeyd edək ki, Tərlan Əhmədovun çalışdırdığı komanda ilk yoxlama görüşündə Rusiyanın “SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə yenilmişdi.

"Neftçi"nin "Konkordiya"ya 0:1 hesabı ilə uduzduğu matçın icmalını təqdim edirik:

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right