Millimizin üzvü qərar verdi Geri dönür

Maliyyə problemlərinə görə "Samsunspor" klubunu tərk edən millimizin sabiq üzvü Ufuk Budak qərarını verib.
 
Newsport.az xəbər verir ki, cinah müdafiəçisi müqavilə ilə məxsus olduğu komandaya qayıdıb. 
 
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Ufuk yaxın günlərdə Samsun təmsilçisinin düşərgəsinə qoşulacaq. Belə ki, Türkiyədə bir neçə klubla danışıq aparan Ufuk Budak və Çağrı Ortakaya maliyyə məsələlərində razılıq əldə edə bilməyiblər. 
 
Hər iki futbolçu yaxın zamanlarda yenidən "Samsunspor"un məşqlərində iştirak edəcəklər. 
 
Məlumatı komandanın baş məşqçisi Engin İpekoğlu da təsdiq edib. O, komandaya qayıtmağa razılıq verən futbolçuların adını açıqlamasa da, iki oyunçunun geri dönməyə qərar verdiyini açıqlayıb. 
 
Qeyd edək ki, Ufuk Budakın adı "Neftçi" və "Zirə" ilə yanaşı hallanırdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right