"Neftçi"nin legioneri baxışda olduğu komandanı bəyənmədi

"Neftçi"nin futbolçusu Daniel Seqovia Qazaxıstanın "Jetısu" klubunun düşərgəsində baxışda olub.

 

Newsport.az xəbər verir ki, ispaniyalı hücumçu hətta 2 yoxlama oyununda - Türkiyənin "Sivasspor" və Rusiyanın "Luç-Enerji" klublarıyla qarşılaşmalarda iştirak edib.

 

Ancaq Seqovia cari mövsümün ilk yarısında olduğu kimi, qeyri-rəsmi oyunlarda da fərqlənə bilməyib. Buna baxmayaraq, Taldıkorqan təmsilçisi legioneri saxlamağa etraz etməyib. Ancaq Seqovianın özü təklifə "yox" deyərək həmin klubun düşərgəsini tərk edib.

 

Xatırladaq ki, "Neftçi"nin ötən qış fasiləsində transfer etdiyi, bu mövsüm cəmi 6 oyun keçirən Daniellə 6 aylıq müqaviləsi qalıb. "Ağ-qaralar" əvəzedici heyətə göndərdiyi hücumçunu Antalya toplanışına aparmayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right