"Qarabağ" "Lexiya" ilə matça hazırdır

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Newsport.az saytı klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda on birinci günü tək məşqlə tamamlayıb. Hazırlıq yerli vaxtla saat 17:30-da start götürüb və 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçular fiziki çalışmalarla davam edib. Hazırlıq toplu çalışmalarla yekunlaşıb.

Qeyd edək ki, komanda sabah ikinci yoxlama oyununda Polşanın "Lexiya" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə  saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right