“Qarabağ” günü 2 məşqlə başa vurdu

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. 

Newsport.az-ın klubun rəsmi Facebook səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam klubu “Kuban”la yoxlama matçından sonra bu gün məşqləri bərpa edib. 

Səhər məşqi yerli vaxtla saat 11:00-da başlayıb və fitness zalında baş tutub. 

Günün ikinci məşqində isə “Qarabağ” yerli vaxtla saat 17:30-da meydançaya yollanıb. 90 dəqiqə 
davam edən məşqdə futbolçular fiziki çalışmalarla kifayətlənib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right