Millimizin heyətinə daha dörd futbolçu qoşulub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

 

Newsport.az xəbər verir ki, hazırlıq prosesinə yanvarın 9-da start verən Rəşad Sadıqovun komandasına daha 4 futbolçu qoşulub.

 

Bunlar Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevdi. Qış hazırlıq prosesinə öz klublarının heyətində start verən oyunçular U-21-in düşərgəsində olacaq və yoxlama matçlarında iştirak edəcək.

Qeyd edək ki, Rəşad Sadıqovun komandası Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə "Alanyaspor"un U-21 komandasına 2-1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right