“Oyundan oyuna “Zirə”dəki Təmkini görəcəksiz” – Xəlilzadə iddialıdı

“Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Antalya toplanışı çərçivəsində İsveçrə “Sürix”inə qarşı keçirdikləri yoxlama matçından (0:1) sonra “FutbolPress”in suallarını cavablandırıb.

- Bir hissə meydanda oldun. Oyun barədə fikirlərin...
- Hazırlıq prosesində belə komandalarla yoldaşlıq oyunları çox vacibdi. Yaxşı hazırlıq keçmişdik bu matça qədər. Baş məşqçi kimin hansı vəziyyətdə olduğunu gördü bu gün. Oyunumuz pis alınmadı. Sadəcə əlimizə düşən imkanlardan yararlana bilmədik. Növbəti oyunlarda daha yaxşı çıxış edə bilərik. Məncə, belə davam etsək, çempionatın ikinci yarısına tam hazır olacağıq.

- Matçın gedişində sanki “Zirə”dəki kimi iki dəfə çox sürətlə hücuma qoşuldun. Onların birində topu itirdiz, digərində baş məşqçi sənə irad bildirdi. Bunu necə şərh edərdin?
- Məşqçinin iradını eşitmədim. Ancaq o, özü də məndən hücumlara qoşulmağı tələb edir. Mən də komanda üçün ən yaxşısını etməyə çalışıram. Əlimdən gələni edirəm ki, faydalı olum. Bilmirəm, nə qədər alınır, ya yox. Komandaya yeni qoşulmuşam. İnanıram ki, oyundan oyuna “Zirə”dəki Təmkini görəcəksiz.

- Adaptasiya prosesi necə gedir?
- Çox yaxşıdı. Komandaya sürətlə uyğunlaşıram. Əslində, elə bir çətinlik yaşamamışam. Hamısı tanıdığımız uşaqlardı. Legionerlərlə də hər şey qaydasındadı. Sadəcə sistem fərqi var. “Zirə”də bir az başqa cür oynayırdıq, burda fərqlidi. Buna da uyğunlaşa biləcəm. Növbəti oyunlarda daha yaxşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right