Ansi Aqolli: "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı"

"Artıq bir neçə ildir ki, "Qarabağ" inkişaf edir. Dayanmadan işləməyin sayəsində addım-addım irəliləyirik. Komandanın əsas devizi intizamn və peşəkarlıqdı. Məqsədə çatmaq üçün hər gün fikrimizi cəmləməli, əziyyət çəkməliyik. Bütün bunlara əməl etdikdə nəticə özünü çox gözlətmi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib. 

Ağdam klubunun futbolçusu ölkəsinin mətbuatına müsahibə verib. O, çempionatda yaranan fasilədən danışıb: "Əlbəttə ki, istirahət etmək vacibdi. Dincəlmək üçün kifayət qədər vaxtım oldu. Bütün oyunlarda mümkün hər şeyi etmək arzusu sizi normal həyatdan məhrum edir və bütün diqqətinizi futbola yönəldirsiniz. Yüklənmədən sonra orqanizmə bərpa üçün vaxt vermək lazımdı. Çünki növbəti oyunda da eyni səviyyədə çıxış etmək lazımdı. Sız qrafikli mövsüm ərzində reyimə əməl etmək vacibdi".  

Təcrübəli futbolçu Albaniya çempionatının əvvəlki və hazırkı durumundan danışıb: "Təxminən 13 ildir ki, Albaniya millisinin şərəfini qoruyuram. Bu illərdə millinin bir parçası olmuşam. Albaniya futbolunda böyük sıçrayış hiss olunur. Yaxşı nəticələr təsadüfən gəlmədi. İndi əcnəbilər millimizə və çempionatımıza fərqli yanaşırlar. Albaniya futbolu haqda xoş sözlər eşidəndə fəxr hissi keçirirəm. Bu, futbolumuzun düzgün yolda olduğun göstərir". 

Cinah oyunçusu karyerasını bitirdikdən sonra futbolla məşğul olacağını bildirib: "Hələ "Qarabağ"la müqaviləm var. Bütün diqqətimi "Qarabağ"a kömək etməyə yönəltmişəm. Həm Azərbaycan çempionatı, həm də Avropadakı hədəflərimizi nəzərdə tuturam. Gələcəkdə nələr olacağını birlikdə görəcəyik. Təbii ki, futbolun içində olacam".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right