"Qarabağ"dan "Fair Play" nümunəsi: Mahir Mədətov penaltini kənara vurdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıq matçında Rusiyanın "Kuban" klubu ilə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, matçın 40-cı dəqiqəsində hakim rusların qapısına penalti təyin edib.

"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qayın Miçelə qarşı hərəkətini qaydalardan kənar olduğunu düşünən referi "nöqtə"ni göstərib. Ancaq sözügedən vəziyyətdə hakimin qərarı ilə "Qarabağ"lı oyunçular da razılaşmayıblar.

Belə olan halda ağ nöqtəyə yaxınlaşan Mahir Mədətov topu nümayişkaranə şəkildə kənara vuraraq penaltini qeyr-dəqiq. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right