"Qəbələ" braziliyalı futbolçudan imtina etdi

"Qəbələ" baxışda olan Kayke Vircilio da Silvanı geri qaytarıb.

Newsport.az-ın məlumatına görə, bu barədə braziliyalı hücumçu özü məlumat verib. 21 yaşlı futbolçunun sözlərinə görə, çıxışı baş məşqçini qane etmədiyi üçün düşərgədən ayrılıb.

Qeyd edək ki, "Qəbələ Vercilionu Türkiyənin "Akhisar Bələdiyyəspor" klubuna qarşı yoxlama matçında sınaqdan keçirib. Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Forvard həmin oyunda 10 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right