"Qarabağ" "Kuban"la oyuna hazırdır

"Qarabağ"ın Antalyada qış təlim-məşq toplanışını davam edir.

 

Newsport.az xəbər verir ki, "köhlən atlar" 8-ci günü tək məşqlə başa vurub. Yerli vaxtla saat 11:00-da start götürən məşq təxminən 1 saat yarım davam edib. Hazırlıq daha çox fiziki çalışmalara əsaslanıb. 

 

Qeyd edək ki, "Qarabağ" sabah təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtıyla saat 18:00-da "Qarabağ" Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right