Millimizdən darmadağın

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız “Antalyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və görüş millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Birgül Çelikin het-trik etdiyi oyunda komandamızın digər qollarını Nigar Mirzəliyeva, Ümnisə Əliyeva və Anna Abulaşvili vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right