"Qarabağ"ın futbolçusu üçün yeni təklif

Norveç millisinin üzvü Tarik Elyunussinin "Qarabağ"dan ayrılması dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, İsveçin AİK klubu hücumameyilli yarımmmüdafiəçinin keçidinə israr edir.  

Belə ki, mövsümün sonuna kimi "Qarabağ"la icarə müqaviləsi olan futbolçu burada heyətə düşə bilmədiyi üçün getmək istəyir. AİK futbolçunu almaq istəsə də, Elyunussinin transfer hüququna sahib olan "Olimpiakos" onu birdəfəlik satmaqda maraqlı deyil.

Belə olan halda AİK Yunanıstan təmsilçisi üçün yeni təklif hazırlayıb. Onlar Elyunussinin "Qarabağ"la qalan müqaviləsinin ləğv edilməsini və növbəti 6 ayı icarə əsasında İsveçə köçməsini təklif edirlər. 

Qeyd edək ki, 29 yaşlı futbolçu "Qarabağ"ın heyətində 8 oyun keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right