Rəşad Sadıqov qələbə ilə başladı Yenilənib

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində ilk oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, yığmamız “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, baş məşqçisi Rəşad Sadıqovun millidə ilk sınağı olacaq.

Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

16 yanvar

Yoxlama oyunu

Azərbaycan U-21 - "Alanyaspor" U-21 - 3:1 
Qollar:
 Nicat Süleymanov, 43. Elnur Cəfərov, 44, Ülvi İsgəndərov, 70





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right