"İki cəbhə"də mübarizə aparmaq çətin olacaq" "Sumqayıt"ın kapitanı

"Ölkə daxilindəki təlim-məşq toplanışımız daha çox fiziki hazırlıq üzərində qurulub.  Gün ərzində 2 dəfə məşq edirik. Məşqlərimiz ciddi keçir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib. 

"Kimyaçılar" çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində bu gün yoxlama oyunu keçirib. Birinci divizionun lideri "Qaradağ Lökbatan"la qarşılaşan "gənclik şəhəri" təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Saytımıza açılama verən təcrübəli futbolçu hazırlıq dövrünü dəyərləndirib: "Çempionta tam gücümüzlə hazırlaşırıq. Özümüz də başa düşürük ki, bizi ciddi oyunlar gözləyir. İnşallah, əziyyətimizin bəhrəsini görəcəyik".

Hüseynov komandaya yeni cəlb olunan futbolçuların durumundan danışıb: "Təbii ki, bütün futbolçular komandaya baş məşqçimizin istəyi ilə gəlib. Baş məşqçimiz onları dəvət edibsə, deməli, bizə kömək edə biləcəklər".

Təcrübəli futbolçu ikinci dövrənin "Sumqayıt" üçün daha çətin keçəcəyini bildirib: "Əlbəttə, ""iki cəbhə"də mübarizə aparacağıq və bu, bizim üçün çətin olacaq. İndidən gücümüzü yığmalıyıq ki, həmin oyunlara hazır olaq. Düşünürəm ki, "iki cəbhə"də mübarizə aparmağa gücümüz çatacaq".

Mərkəz müdafiəçisi bildirib ki, əsas hədəfləri mövsümü titulla başa vurmaqdı: "Həm kubokda, həm də çempionatda titul qazanmaq üçün şansımız var. Şansdan istifadə etmək üçün maksimum çalışmalıyıq. Çempionatda 4-cü pillədəyik və hər bir oyun bizim üçün finala bərabər olacaq. Rəiblərimizdən uzaqlaşmaq, daha yüksək pillələrə qalxmaq üçün mübarizə aparacağıq". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right