Millimizin üzvü "Bursaspor"da?

U-21 millimizin və "Neftçi"nin futbolçusu Elnur Cəfərov Türkiyənin "Bursaspor" klubuna təklif edilib.

 

Newsport.az xəbər verir ki, bu barədə qardaş ölkənin mətbuatı iddia edib. Cinah futbolçusu axtaran Bursa klubuna Cəfərovu agentlər təklif edib. Məlumatda vurğulanıb ki, Cəfərovun xidmətində "Kayserispor" da maraqlıdır.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi olan Elnur Cəfərov Portuqaliyanın "Tondela" və Xorvatiyanın "Duqopolye" klublarında legioner həyatı yaşayıb. Lakin klublarında möhkəmlənə bilməyən gənc cinah futbolçusu ötən yay Azərbaycana dönməli olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right