"Qarabağ" boşluğu doldurmaq üçün kimi transfer edir?

Yaxın günlərdə, hücumçusu Dino Ndlovu ilə yollarını ayıran "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün axtarışlarını davam etdirir.

Newsport.az xəbər verir ki, Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun hücumçusu Xama Billiat Ağdam təmsilçisinin transfer hədəfindədir. Bu barədə CAR mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, "Qarabağ" zimbabveli futbolçunun transferi üçün danışıqları davam etdirir.  CAR təmsilçisi isə bu keçidə görə "Qarabağ"dan 2,5 milyon avro tələb edir. "Köhlən atlar" ın təklifi isə 27 yaşlı forvard üçün aylıq 40 min dollardır.

 

Qeyd edək ki, "Qarabağ" Dinonu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna 750 milyon avroya satıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right