“Kəpəz” paytaxt hazırlığı müddətində bu gün ilk yoxlama görüşünü keçirir

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində bu gün ilk yoxlama görüşünü keçirir.

 

Newsport.az xəbər verir ki, “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında klubun əvəzedici heyəti ilə qarşılaşır. Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov baxışda olan futbolçuları və yeni transferləri bu matçda sınayır.

 

Qış fasiləsində I Divizion klubu “Turan Tovuz”dən ayrılan Ruslan Tağızadə karyerasını “Kəpəz”də davam etdirə bilər. U-21 millimizin sabiq yarımmüdafiəçisi "Kəpəz"in düşərgəsindədi. Komandada baxışda olan futbolçu baş məşqçi Yunis Hüseynov tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə bağlanacaq.

 

Qeyd edək ki, U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ", "Zaqatala" və "Səbail"in şərəfini qoruyub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz