"Keşlə"nin maraq dairəsində növbəti futbolçu

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov daha bir futbolçunu kollektivinə qatmağı planlaşdırır.

 

Newsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bildirib ki, Polşanın "Yagelloniya" klubundan ayrılan Dmitri Xomçenovski ilə danışıqlar aparılır. Maksimovun sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçiyə təklif göndərilib və ondan cavab gözlənilir.

 

Qeyd edək ki, Ukrayna millisində 4 oyun keçirən futbolçu bir neçə gün öncə Polşa klubu ilə əməkdaşlığa son qoyub və yeni komanda axtarışındadı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz