"Keşlə"yə gələn futbolçu: "O, məni əvvəlcədən tanıyırdı" Müsahibə

“Keşlə” klubunun baxışa çağırdığı kamerunlu futbolçu Herve Tçami bu gün qəsəbə klubunun "Qaradağ Lökbatan"la yoxlama matçında (3:1) meydana çıxıb.

 

Newsport.az xəbər verir ki, ötən ilin oktyabr ayında Səudiyyə Ərəsbistanının "Hajer” klubundan ayrıldıqdan sonra klubsuz qalan 30 yaşlı yarımmüdafiəçi jurnalistlərə müsahibə verib:

 

- Hər şey əladır. Azərbaycan da Türkiyə kimi ölkədir. İnsanlar mehriban, gülərüz və səmimidirlər. İlk günlər mənə çox xoş gəldi. Komandadan razıyam.

 

- "Keşlə" ilə müqavilə bağlamısan?

- Xeyr, amma danışmışıq. Klubdan razıyam.

 

- Baş məşqçi sənin performansında razıdır?

- Məni bura baş məşqçimiz Yuri Maksimov dəvət edib. O, məni əvvəlcədən tanıyırdı.

 

- Azərbaycanda məqsədin nədir?

- Yaxşı oyun göstərmək istəyirəm.

 

- Son zamanlar klublarını tez-tez dəyişirsən. Komandalarda möhkəmlənməməiuinin səbəbi nədir?

- Xeyr, düşündüyünüz kimi deyil. Yeni yaxşı təkliflər gəlir və mən də düşünürəm. Səbəb budur.

 

- Artıq çəkin var, yoxsa hazır formadasan?

- Artıq çəkim yoxdu. Hər şey qaydasındadır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah