"Keşlə"nin baxışa dəvət etdiyi futbolçusu: "Təklifi müzakirə edəcəyik" Müsahibə

“Keşlə” klubunun baxışa çağırdığı serbiyalı futbolçunun Nemanya Stoyanoviç bu gün qəsəbə klubunun "Qaradağ Lökbatan"la yoxlama matçında meydana çıxıb.

 

Newsport.az xəbər verir ki, Avstriyanın "Qarabağ" (Vyana) klubunun 24 yaşlı yarımüdafiəçisi oyundan sonra jurnalistlərə müsahibə verib:

 

- İlk oyununu keçirdin. Təəssüratların necədir?

- Yaxşı oynadıq. Bu, mənim "Keşlə"dəki ilk sınağım idi. Heyətdə təcrübəli və gənc futbolçular cəmləşib. Yaxşı kollektivimiz var.

 

- "Keşlə" ilə müqavilə imzalayacaqsan?

- Bu barədə bilmirəm. Klubun prezidenti ilə danışacam. Təklifi müzakirə edəcəyik. Əgər razılaşsaq, "Keşlə" üçün oynamağa razıyam.

 

- Baş məşqçi səni bəyənib?

- Bilmirəm. Oyun haqda danışmadıq. Yaxşı baş məşqçimiz var. Dünən yaxşı hazırlıq keçmişik.

 

- "Keşlə" barədə məlumatın var?

- Əlbəttə. Əvvəl komandanın adı "İnter" olub. Bakını təmsil edir. İndi isə "Keşlə" adını daşıyır. Bu komanda Avropa Liqasında Serbiyanın "Mladost" klubunu mübarizədən kənarlaşdırıb. Halbuki Luçani təmsilçisi Serbiyada yaxşı komadalardan biridir və əla mövsüm keçirmişdi. Lakin "İnter" "Mladost"u mübarizədən kənarlaşdırdı.

 

- Azərbaycan futbolu haqda məlumata sahibsən?

- Vyananın "Qarabağ" klubunda çıxış edirəm. Prezidentimiz azərbaycanlıdır. Azərbaycanda "Qarabağ" adlı klub Ağdamı təmsil edir. Bakının "Neftçi" klubu haqda da məlumatlıyam. "Qəbələ"ni yaxşı tanıyıram. Bu komanda ötən mövsümlərdə Serbiyanın "Çukariçki" klubunu Avropa Liqasında məğlub etmişdi. Azərbaycan haqda məlumatlarım var.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz