"Komandaya kömək etmək üçün burdayam" - "Sumqayıt"ın yeni transferi

“Sumqayıt”ın qış fasiləsində “Zirə”dən heyətinə cəlb etdiyi Nicat Qurbanov klubun saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi komandaya kömək etmək üçün əlindən gələni edəcəyini deyib:

“Sumqayıt”dan təklif gəldi, fikirləşib, razılaşdım. Sumqayıt futbol şəhəridir. Bu şəhərdə oynamaq insanda tam başqa ab-hava yaradır. Azarkeşlər komandanı 90 dəqiqə qələbəyə səsləyirlər. Komandaya kömək etmək üçün burdayam. Hədəflərimiz var. Son vaxtlar komanda yaxşı nəticələr qazanır. Kubokda yarımfinala yüksəlib. Məqsədimiz finala vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Yeni transferlərin komandaya köməyi dəyəcəyini düşünürəm”.







Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right