“Qəbələ”də güclü yenilənmə getdi”– Roman Qriqorçuk

“Mövsümə yaxşı başlamasaq da, sonradan vəziyyəti müsbətə doğru dəyişə bildik. “Qəbələ”də güclü yenilənmə getdi”.

Newsport.az-ın məlumatına görəbu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Komandanın fasiləyə qədərki nəticəsini dəyərləndirən ukraynalı mütəxəssis mövsümün əvvəlindəki qeyri-sabit çıxışın səbəblərinə də toxunub:

“Bizə vaxt lazım idi. Bu səbəbdən mövsümün əvvəlində bizə bir qədər ağır oldu. Artıq hər şey qaydasına düşüb. Son bir neçə həftədə yaxşı oyun sərgiləyirik. Bu isə komandada özünəinamı artırır. Hazırkı vəziyyət hamımızı sevindirir”.

Qriqorçuk komandada kimin qalıb, kimin qalmayacağı haqda isə bunları söyləyib: “Hələlik futbolçular haqda heç nə danışmayaq. Çünki bəzi məsələlər dəqiq deyil. Nəyin necə olacağını hələ bilmirəm. Hər şey 100 faiz bilinəndən sonra mən özüm sizə deyəcəm. Çox şey ola bilər. Amma təəssüf ki, indi bir söz deyə bilmirəm”.

Qol.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz