Qurban Qurbanov: "Futbolçudan əvvəl yetişdiriləsi insanlar var"

Bu gün “Bayıl Arena”da AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasdan sonra millinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil edilib:

- İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdi, yoxsa təsadüf?

- Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.

- Yoxlama oyunlarının Bakıda kənarda keçirilməsini istərdinizmi? 
- Rayonlardakı stadionlara baxmaq lazımdı. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidi.

- Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub? 
- Çox istərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindi. Çalışacağıq ki, oyunların sayı çox olsun.

- Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiz? 
- Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.

- Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiz? 
- Çətinlik çəkdik. Rəşad Sadıqovdan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odur ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda inşallah, PRO kateqoriyasını alacaqlar. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədovun illlərdi millilərdə təcrübəsi var.

- Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq? 
- Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

- Daha bir neçə köməkçiniz ola bilərmi? 
- Bəli, 1 v ya 2 yeni köməkçi də ola bilər.

- Oyunçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsız? 
- Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar.

- Futbolçuların ölkə xaricinə çıxması baxımından bir sistem qurmağı düşünmürsüz? 
- Bu, böyük mövzudu. Bunlar mütləq olmalıdı. Amma desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdu.

- Rauf Əliyevin 3-cü klubda oynaması üçün FİFA-ya müraciət etmək fikriniz varmı? 
- Mənə aid olmayan məsələdi. Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.

- Aşağı yaş qruplarında bir məşqçi olur və komandanın texniki bazası olmur. Bunlara diqqət ayrılacaqmı? 
- Hər sahənin öz mütəxəssisi var. Meydança ilə bağlı cavab verə bilərəm. Avropanın hər yerində süni örtüklü meydança var. Bundan get-gedə uzaqlaşmaq lazımdı. Meydança salmaq asan, saxlamaq çətindi. Təkcə ot örtüyündə məşq olsa, yenə yararsız hala düşəcək. Əlbəttə, müəyyən yaş həddi çatdıqdan sonra ot örtüyündə oynamaq vacibdi. Avropa komandaları səviyyəsində olmaq üçün onların standartları ilə getməliyik.

- Son günlər sizin qazancınızla bağlı yazılar dərc olundu. Bununla bağlı sizin fikirləriniz maraqlıdı...

- Burda məni pul maraqlandırmır. Futbolçu olanda da, heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq. Gəlib təkcə komandanı hazırlamaq ən asan yoldu. Futbol sahəsindəki bütün insanların keyfiyyəti yüksək olmalıdı. Özüm başda olmaqla, hamının sağlam olmasını istəyirəm. İşimə bu gün hər kəs tərəfindən dəyər verilirsə, bunlar mənim üçün ən böyük dəyərdi.

- Elxan Məmmədov: Müqavilə imzalanacaq. Maliyyə baxımından maaş da olacaq. Ola bilər ki, məlumat verildi. Amma müqavilənin şərtlərindən asılıdı.

- U-16-nın baş məşqçisi nə vaxt bilinəcək?

- Hələ vaxtımız var. U-16-nı U-17-yə cəlb edəcəyik. Bu gün 21, 19 və 17 yaşlılar vacibdi. 18 və 16 yaşlılar üçün vaxtımız var. Ola bilər ki, maya kimi belə qalsın.

- Milliləşdirmə ilə bağlı problemlər var. Nəticənin vacibliyini nəzərə alaraq, öz prinsiplərinizdən müəyyən dərəcədə çəkilə bilərsizmi?
- Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidi. Onların ətrafında kimlər oynayır? Mən “Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Get-gedə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdi. Futbolçuları ən yaxşı səviyyəyə gətirə bilsək, bizim ən böyük nailiyyətimiz olacaq. Məsələn, “Qarabağ”da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ leginer var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin. Bədavi Hüseynovun hələ nə vaxt qayıdacağı bəlli deyil. Digər oyunçuların da yaxşı inkişafı üçün ətrafdakılar sağlam olmalıdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah