Nazim Süleymanov "Əfsanələrin oyunu"nda

Azərbaycan millisinin sabiq üzvü Nazim Süleymanov Vladiqafqazda “Əfsanələrin oyunu”nda iştirak edib.

Newsport.az xəbər verir ki, Süleymanov sabiq klubu “Alaniya”nın çempion olmuş heyətində Osetiya yığmasına qarşı oynayıb.

Osetiya yığmasının heyətində hazırda Rusiyanın müxtəlif klublarında karyeralarını davam etdirən futbolçular yer alıb.

“Spartak” stadionunda keçirilən şou xarakterli matçı 12 min azarkeş izləyib. “Alaniya”nın veteranlardan ibarət komandasında Süleymanovla yanaşı Mircolal Kasımov, Anatoli Kanişev, Gerogi Bazzayev, Vitali Çoçiyev kimi keçmiş ulduzlar forma geyiniblər.

 

“Əfsanələrin oyunu” 5:5 hesablı bərabərliklə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right