"Neftçi"nin ilk transferi bəllidir

“Neftçi”nin qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub.

Newsport.az xəbər verir ki, "ağ-qaralar" “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Məmmədovu rənglərinə qatmağı planlaşdırır. Bunun üçün artıq, futbolçu ilə danışıqlara başlanılıb.

 Qeyd edək ki, bu ilin yayından "Qəbələ"nin formasını geyinən Elvin Məmmədov Premyer Liqada cəmi 6 oyunda iştirak edib və aktivinə 1 qol var.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right