"Keşlə" Türkiyəyə yollanır

“Keşlə”nin qış hazırlıq planı bəlli olub.

 

Newsport.az xəbər verir ki, dünən “Kəpəz”lə kubok oyundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 5-də təlim-məşq toplanışı üçün bir araya gələcək. 

 

Yanvarın 18-nə kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ramiz Məmmədovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.

 

Yanvarın 21-də Türkiyəyə yollanacaq qəsəbə təmsilçisi hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada komanda 3 yoxlama matçı keçirəcək.

 

“Keşlə” fevralın 2-də Bakıya qaydacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right