Seymur Rəhimov: "Biz də əlimizi aşağı salmayacağıq"

Azərbaycan kubokunun 1/4 final mərhələsində cavab oyunlarının son qarşılaşması keçirilib. Sumqayıtda keçirilən qarşılaşmada “Sumqayıt” “Qarabağ”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu nəticə ilə "Sumqayıt" 1/4 finala yüksəlib.

 

Newsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov matç haqda danışıb:

 

- Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canların qoydular. Azarkeşlərimizə təşəkkür edirəm. Qurban müəllimin də işinə uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdı.

 

- Futbolçuar “Qarabağ”dan çəkinmirdi...

- Komandamız gənclərdən ibarətdir. Əzmkarlıq var. Motivasiya etməyimiz işə yaradı.

 

- Samir Abasovla danışdınızmı?

- Xeyr, onunla danışmamışam.

 

- Sizcə, oynunun ən yaxşısı kim idi?

- Bütün futbolçularım yaxşı idi. Mehdi Cənətovdan tutmuş, Xəyal Nəcəfova qədər. Bundan sonra kubok daha maraqlı olacaq. Bu qələbə daha çox Samir Abasovun zəhmətinin bəhrəsidir.

 

- Yarımfinalda “Keşlə” ilə qarşılaşacaqsınız. Onlar da fasilədə heyəti gücləndirəcək. Final şansınızı necə qiymətləndirirsiniz?

- Hələ yolumuz uzundu. Düşünürəm ki, yaxşı olacaq. “Keşlə”yə də uğurlar arzulayırıq. Biz də əlimizi aşağı salmayacağıq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right