Amil Yunanov: "Hər dəfə də bizə 4-5 qol vururdular" Müsahibə

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin vabab oyunu çərçivəsində "Sumqayıt" "Qarabağ"a qalib gələrək yarımfinala vəsiqə qazanıb. (2-0) 

Newsport.az xəbər verir ki, oyunsonrası stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandıran ev sahiblərinin futbolçusu Amil Yunanov bunları deyib:

-“Sumqayıt” üçün tarixi bir gün oldu. Necə düşünürsən buna nəyin sayəsində nail oldunuz ?

-Düzdü bizim üçün tarixi qələbədir. Bunun əsas səbəbi səfərdən yaxşı nəticə ilə qayıtmağımızdır. Çünki orada qol vurmuşduq. Azarkeşlərimizində böyük dəstəyi oldu. Sağolsunlar ki, bizi tək buraxmadılar. Komanda olaraq var gücümüzü ortaya qoyduq. Demək olar ki, hər il “Qarabağ”la düşürdük. Hər dəfə də bizə 4-5 qol vururdular. Qarşımıza məqsəd qoymuşduq ki, bu səddi keçməliyik. Şükürlər olsun buna nail olduq.

-Qolu çox çılğınlıq ilə qeyd etdin. Uzun zamandır qol vura bilmirdin? yoxsa baxımlı alındı onun üçün?

-Yox boş qapıya da vursaydım eynicür qeyd edərdim. Çünki neçə vaxtdır fərqlənə bilmirdim. Həmdə rəqib “Qarabağ” olduğu üçün, daha çox sevinirdim.

-Bu səddi keçdikdən sonra, finala ümid edirsinizmi?

-Hər bir klub güclüdür. Ancaq əsas rəqbilərimizdən biri “Qarabağ” idi. İnşallah növbəti mərhələdə də “Keşləni keçib final oynayarıq.

-Komandanı Samir müəllim müəyyənlişdirmişdi, yoxsa Seymur müəllim özü?

-Onu dəqiq bilmirəm. Bu məşqçilərin aralarında olan məsələdir.

-Milli komandanın baş məşqçisinin gözü önündə idin. Necə düşünürsən, səndə perspektiv artırmı yığmaya düşməyə?

-Əlbətdə artıq böyük arenalarda oynamağın vaxtıdır. Mən də istəyərəm ki, millinin şərəfini qoruyum. Baş məşqçi çağırsa, canla-başla gedib oynamağa hazıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right