Vurğun Hüseynov: "Bəlkə də biz daha çox istəkli idik" Müsahibə

"Bu oyuna həqiqətən də çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, şansımız var, mərhələni adlamağa.Ümid edirdik keçəcəyimizə. Şükürlər olsun ki, istəyimizə çatdıq. Bu qələbə bizə ruh yüksəkliyi verdi".  

Newsport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın kapitanı Vüqar Hüseynov stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib.

-Komandadan bu oyunu gözləyirdinizmi ?

-Təbii ki, gözləyirdim. Çünki dediyim kimi, çox ciddi hazırlaşmışdıq oyuna. Özümüzə inanırdıq. Çox şükür əziyyətimiz yerdə qalmadı

-Qurban Qurbanovun millinin sükanı arxasına keçməsi mane oldumu “Qarabağa” səncə?

-Qurban müəllimi təbrik edirəm. Deməzdim ki, məğlub olmaları bununla bağlıdır. Yenə deyirəm, bəlkə də biz daha çox istəkli idik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right