"Bütün kubokları aparıb yığıblar bazalarına, olmaz axı belə. (gülür) Çox əzimkar oyun oldu. Xoşuma gəldi bugünki oyun. “Sumqayıt” bu gün layiqli qələbə qazandı. Baxmayaraq ki, baş məşqçi hal-hazırda ölkədən kənardadı, lakin komanda çox yaxşı oyun göstərdi. Uğurlar olsun hər iki komandaya".
Newsport.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev "Sumqayıt" "Qarabağ" matçından sonra, stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib.
-Gözləyirdinizmi bu nəticəni?
-Desəm gözləyirdim inanmayacaqsınız. Ancaq doğurdan gözləyirdim.
-Oyundan sonra paltardəyişmə otağına girdiniz. Orada hay-küy qopdu
-Komandanı təbrik etdim. Bunun üçün səs-küy yarandı.Hamısı yerli balalarımızdır, mən də otağa girib hamını təbrik etdim. İxtiyarımız yoxdu?